İcra başçısından qazilərə: "Mənə görə döyüşməmisən"

  • 12.02.2021
  • 0

Son vaxtlar məmurların şəhid ailələrinə, qazilərə laqeydliyi dözülməz həddə çatıb. Müharibə qəhrəmanlarına qarşı elə münasibət sərgiləyirlər, sanki minnət qoyurlar. Belə laqeyd davranış nümayiş etdirən məmurlardan biri də Abşeron rayon icra başçısı İradə Gülməmmədovadır. Onun bir müddət əvvəl qazi ailəsi ilə maraqlanmadığını qeyd etmişdik. İndisə xanım başçının qəbuluna gələn 11 nəfər Vətən müharibəsi qazisini Gülməmmədovadan şikayətçidir.
Reportyor.info-ya danışan qazilərin sözlərinə görə, işlə təmin olunmaq üçün dəfələrlə icra başçısının görüşünə gediblər. Amma heç bir nəticəsi olmayıb. Bu yaxınlarda Prezident Abşerona səfər edəcəkdi deyə müharibəyə könüllü qatılmış qaziləri dərhal qəbul edib ki, özünü göstərsin.

Nə düşünürsən?