Hərbi texnika ilə dolu türk təyyarəsi Azərbaycana eniş etdi

  • 29.07.2020
  • 0

Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib. Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da ölkənin Doğu Bəyazid şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib. “Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycan respublikalarının dövlət himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin təlimlərə cəlb olunmuş şəxsi heyət və hərbi texnikaları təlim yerlərinə doğru hərəkəti davam etdiriblər. Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində qardaş ölkənin hərbi qulluqçularının təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən və hərbi-texniki əməkdaşlıqdan danışıblar. Sonra təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər. ___________________________________________________________________________ ► Heç bir xəbərdarlıq etmədən kanalı şikayət edən insan, ailəsini və bütün var yoxunu söydürmüş olur ► DİQQƏT! Bütün hüquqlar qorunur. Kanala yerləşdirlmiş bütün videolar ekskluzivdir. Lazımsız yerə kanalı şikayət etməyin. Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. ► Əlaqə nömrəsi : 055-699-34-20 (WhatsApp) ► İnstagram : https://www.instagram.com/Seyyar_Tv

Nə düşünürsən?