Hərbi qənimətlər parkına axın var

  • 14.04.2021
  • 0

Azərbaycanın Qarabağ Müharibəsindəki qalibiyyətini özündə təcəssüm etdirən Hərbi Qənimətlər Parkı bu gündən vətəndaşlara açıq elan edilib.

Bu münasibətlə paytaxt sakinləri parka axın edir.

Onların məkana ziyarəti pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimləndiyi üçün növbəylə buraxılır.

Qeyd edək ki, park Azərbaycan ordusunun azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması, Azərbaycan ərazisinə atılmış İsgəndər-M raketinin qalıqları barədə faktları özündə birləşdirir.

Onu da bildirək ki, məkana giriş iki manat, şəhid ailələri, qazilər və onların ailələri, 6 yaşa qədər olan uşaqlar üçün isə pulsuzdur.

REAL

Nə düşünürsən?