Hərbçilərin iştirakı ilə taktiki təlim keçirilib

  • 23.05.2021
  • 0

2021-ci il üçün birgə fəaliyyət planına əsasən Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə taktiki təlim keçirilib.

Müdafiə Nazirliyindən REAL-a verilən məlumata görə, Azərbaycan Ordusunun ümumqoşun poliqonunda keçirilən təlimin əsas məqsədi iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlim zamanı xüsusi qruplar sutkanın müxtəlif vaxtlarında gizli yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızmaq, komanda məntəqəsi və hərbi təyinatlı obyektləri ələ keçirmək üzrə tapşırıqları yerinə yetirib.

Məşğələlərdə əsas diqqət gizli hərəkətin təşkilinə, diversiya qruplarının məhv edilməsinə, düşmən təxribatlarının qarşısının alınmasına və antiterror əməliyyatlarının xüsusiyyətlərinin öyrənilməsinə yönəldilib.

Nə düşünürsən?