Hərbçilərimiz Türkiyəyə getdi

  • 01.02.2021
  • 0

Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimlərinin aktiv fazası başlayıb. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər. Təlimlər fevral ayının 1-dən 12-dək keçiriləcək. Qeyd edək ki, “Qış təlimi-2021”də Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edir.