Hər təbəqədən, hər cür qayda pozan var

  • 28.02.2021
  • 0

trul.az qaynar xəttinə növbəti qayda pozan sürücülərin videogörüntüləri göndərilib. Görüntülərdə demək olar ki, hər təbəqədən olan sürücülərin, hər cür qayda pozuntusuna rast gəlmək olar. Manevr qaydalarını pozan taksi sürücüsündən tutmuş, əks yola çıxan AA seriyalı avtomobil sürücüsünə qədər.

Onları ardıcıllıqla təqdim edirik. 

 

22 fevral, 14:19 radələrində Mikayıl Əliyev küçəsində hərəkət edən 90 UK 635 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü zolaqlar üzrə yerdəyişmə edərkən arxadan gələn avtomobili nəzərə almayıb və ona təhlükə yaşadıb. 

 

26 fevral, 12:30 radələrində Suraxanı qəsəbəsində yola daxil olan 10 NB 400 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə əsas yolla gedən avtomobili nəzərə almayıb və qəfil onun yoluna çıxıb.

 

15:36 radələrində Nazim Hacıyev və Ağa Nemətulla küçələrinin kəsişməsində 018147 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü piyada zolağında olan piyadaya yol verməyib. Bu hətta piyadanın sərt reaksiyasına səbəb olub. 

 

17:42 radələrində Şəmsi Bədəlbəyli küçəsi ilə hərəkət edən 10 AA 566 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə 1.1 xəttinin tələbini pozub və tam olaraq əks yola çıxmaqla axına qarşı hərəkət edib.

 

18:21 radələrində Əbdürrəhim Bəy Haqverdiyev küçəsi ilə hərəkət edən 99 SP 999 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə bir neçə qaydanı pozub. O, əvvəlcə 1.3 xəttinin tələbini pozub və tam olaraq əks yola çıxıb. Daha sonra piyada zolağında hərəkət edən piyadaya maneə olub və STOP xəttinin tələbini pozub, yolayrıcının ortasında dayanıb. Svetoforun yaşıl işığında hərəkətə başlayıb yolayrıcını keçdikdən sonra 1.3 xəttinin tələbini pozaraq sola dönüb. 

 

19:05 radələrində hərəkət edən 99 CY 378 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də zolaqlar üzrə yerdəyişmə edərkən dönmə işıqlarını yandırmayıb və arxadan gələn avtomobili nəzərə almayıb deyə ona təhlükə yaşadıb. 

 

Təəssüf ki, 20:01 radələrində Novxanı qəsəbəsində ara yoldan əsas yola çıxarkən kəskin təhlükə yaradan qazel sürücüsünün idarə etdiyi avtomobilin nömrəsi naməlum qalır. O sola dönərkən 1.3 nişanının tələbini pozmaqla yanaşı hər iki istiqamətdən gələnlər avtomobillər üçün qorxulu anlar yaşadıb.

Nə düşünürsən?