Həcc ziyarəti ilə bağlı vacib açıqlama

  • 12.02.2021
  • 23 baxış
  • 0

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri REAL-a açıqlama verib
Koronavirus pandemiyası ilə əlaqədar bu il Həcc ziyarətinin baş tutması gözlənilmir.

Bu barədə REAL-a ekskliziv açıqlamasında Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri bildirib. Səfirin sözlərinə görə, virusun yayılma təhlükəsi nəzərə alınaraq belə addım atılıb.

"Bildiyiniz kimi dünyada yayılan pandemiya ilə əlaqədar Səudiyyə Ərəbistanı həcc ziyarətini müvəqqəti bağlayıb. Çünki həcc ziyarətinə gələn insanlar daha sonra öz ölkələrinə qayıdır və onlar orda xəstəliyi yaya bilər, eləcə də gətirə bilər. Bununla əlaqədar həcc ziyarətinin baş tutmasi gözlənilmir. Hər şey gedişata bağlı olduğu üçün dəqiq məlumat yoxdur", - deyə Haməd bin Abdullah bin Səud bin Xudeyri bildirib.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirinin sözlərinə görə, görülən tədbirlərin əsas məqsədi virusun yayılmasının qarşısını almaq və insanların sağlamlığını qorumaqdır.

 

Nə düşünürsən?