Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

  • 22.02.2021
  • 0

Havanın dəyişəcəyi barədə xəbərdarlıq edilib. 

Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-a  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. 

Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək. 

Fevralın 24-25-də  havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi,  0-3 dərəcə şaxta olacağı gözlənilir. 
Azərbaycanın rayonlarında fevralın 23-ü axşam şimal və şərq  rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var.

Qərb küləyi əsəcək, arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Yolların buz bağlayacağı ehtimal olunur.