Hava ilə bağlı təcili xəbərdarlıq

  • 03.04.2021
  • 5K baxış
  • 0

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. 

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən xəbərə görə, cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 7-10 dərəcə isti, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 8-10 dərəcə  isti, gündüz 17-19 dərəcə  isti olacaq. 

Aprelin 4-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.  Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə  5-8 dərəcə  isti, gündüz  16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-6 dərəcə şaxta,   gündüz 7-12 dərəcə, bəzi yerlərdə 16 dərəcə isti olacaq. 

Nə düşünürsən?