Hava ilə bağlı əhaliyə xəbərdarlıq

  • 13.11.2020
  • 0

Noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur. Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

Nə düşünürsən?