"Hansısa azərbaycanlı Xankəndinə girsə..."

  • 19.04.2021
  • 0

Sozcu.az xəbər verir ki, bölgədəki rus sülh məramlılarına,daha doğrusu işğalçı rus ordusuna arxalanan qondarma Dağlıq Qarabağ rejiminin “təhlükəsizlik xidməti”nin “direktor müavini” Boris Avaqyan bu gün parlamentdəki çıxışı zamanı internetdə azərbaycanlıların sərbəst şəkildə Xankəndinə girib şəhərin mağazalarında alış-veriş etməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmədiyini deyib.Qondarma qurumun qondarma direktor müavini sözlərinə əlavə edib ki,bütün bunlar sosial şəbəkələrdə yerləşdirilmiş saxta xəbərlərdir. Həftədə 3-4 dəfə bu marşrutla getsəniz, bunun mümkünsüz olduğunu anlayacaqsınız. Belə məlumatları kimin yaydığını deyə bilmərəm. Ancaq bu məlumatları rəsmi olaraq istisna edirəm. Belə bir hal baş verərsə, Xankəndinə girən azərbaycanlını şəxsən özüm tutaram.

Nə düşünürsən?