26 yaşlı Quba rayon sakini Goranboyda dəm qazından zəhərlənərək dünyasını dəyişib. APA TV-nin məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində qeydə alınıb. Quba rayon sakini, 1994-cü il təvəllüdlü Şəhriyar Əzizov hamamda olarkən dəm qazından zəhərlənib. O, dərhal xəstəxanaya çatdırılsada həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.