Hadrut fasiləsiz suyla təmin edilir

  • 08.05.2021
  • 0

Qarabağın ən gözəl rayonlarından biridir Xocavənd. Dörd bir tərəfi dağlarla əhatələnən bu məkan yaz fəslində bir başqa gözəl olur. Xocavəndə üçüncü səfərimizin məqsədi həm rayonun, həm də ümumiyyətlə Qarabağın ən strateji nöqtələrindən biri olan Hadrut qəsəbəsi və buranın su təchizatı ilə bağlı yeniliklərlə tanış olmaqdır.

Əvvəla onu deyim ki, qəsəbənin su mənbələri tam bərpa olunub və Hadrutun bütün mülki və hərbi obyektləri 24 saat fasiləsiz içməli su ilə təmin edilib. Qəsəbənin əsas anbarına su iki mənbədən daxil olur. Bunlardan biri dağda bulaqlardan formalaşmış çay vasitəsilə suqəbuledici qurğuya, oradan da 5,5 kilometr uzunluğunda 219 millimetr polad magistral su kəməri ilə əsas mənbəyə nəql olunur. Anbara daxil olan suyun digər mənbəyi isə 2 ədəd subartezyan quyusudur. Hər iki quyu ayrı-ayrı magistral xətlərlə əsas anbara tökülür.

Suyun keyfiyyətinin yoxlanılması ilə əlaqədar "Azərsu" ASC-nin laboratoriyası mütəmadi olaraq analizlər aparır.

Qeyd edək ki, hazırda Hadrut qəsəbəsində 2000-dən çox obyektin şəbəkədən su ilə təmini mümkündür.

Nə düşünürsən?