Göygöl rayonunda yolun kənarında kişi meyiti tapılıb

  • 26.03.2021
  • 0

Göygöl rayonunda yol kənarında yaşlı kişi meyiti tapılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb. Meyiti tapılan şəxsin Gəncə sakini, 1936-cı il təvəllüdlü Qurbanov Sabir Cəlil oğlu olduğu müəyyən edilib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.   

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?