General rus əsgərlərinin gəlişi ilə bağlı detalları açıqladı

  • 17.11.2020
  • 0

“Vətən müharibəsindəki Qələbə Azərbaycan dövlətçiliyi, millətçiliyi və şanlı tarixi baxımından ən böyük Zəfərdir. Bu Zəfər masa üzərində kağız-qələmlə yazılmayıb. Bu zəfər şəhidlərimizin qanı ilə yazılıb. Bu qələbədən sonra Ermənistan təslim olmaq məcburiyyətində qaldı və atəşkəs, eyni zamanda, təslimçilik razılaşması imzaladı”. Bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. General bildirib ki, yaşamaq səbəbi Türk xalqına qarşı nifrət olan bir toplumun 28 il əvvəl törətdikləri qətliamlar da, bizə baxış bucaqları da, nifrət və kinləri də bəllidir: “Belə olduğu halda, heç bir şey olmamış kimi iki xalqın bir anda birlikdə yaşaması real məsələ deyil. Bu qəzəbin və bir-birinə olan baxış bucağının yumşalması və sağlam vəziyyətə gəlməsi üçün soyuqqanlı qüvvəyə ehtiyac var idi. Bu, ən vacib məqam və məcburiyyət idi. Rusiya sülhməramlılarının bölgəyə gəlməsi və monitorinq mərkəzində rus və türk hərbçilərinin birgə fəaliyyəti də bu çərçivədə nəzərdə tutulub. Rus əsgərinin yerinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrimi gəlsəydi? BMT sülhməramlılarımı gəlsəydi? Və ya NATO-danmı gəlsəydi?”.

Nə düşünürsən?