Gəmi dünya ticarətinin önünü kəsdi: artıq 3 gündür…

  • 27.03.2021
  • 0

“Ever Given” adlı nəhəng konteyner gəmisinin Süveyş kanalında saya oturması nəticəsində dünya ticarətinin ən əhəmiyyətli qapısı artıq 3 gündür bağlıdır.

Axar.az xəbər verir ki, 400 metr uzunluğunda gəmi Çindən Rotterdama hərəkət edirmiş.

Hazırda gəmidə 10 milyon barrel neft və neft məhsulları var ki, onlardan da 2,6 milyonu (160 milyon dollarlıq) Rusiyaya məxsudur.

Ekspertlərin fikrincə, bu olayda günahkar gəminin kapitanıdır. Əsas itkilərə görə, sığorta şirkəti məsuliyyət daşıyır. Üstəlik, bu hadisənin neft qiymətinin 10 faiz həcmində yüksələcəyi də proqnoz edilir.

Qeyd edək ki, gəminin Süveyş kanalını bağlaması nəticəsində dünya ticarətində ciddi problem yaşanır. Belə ki, dünya dəniz ticarətinin 8-12 faizi bu kanal vasitəsilə həyata keçirilir. Hazırda yüzlərlə gəmi keçmək üçün gözləyir.

Gəminin çıxarılmasının günlərlə, hətta iki həftəyə qədər vaxt aparacağı iddia edilir.

Nə düşünürsən?