Feyqin: Putinin zəif yeri budur, bacarmayacaq

  • 28.04.2021
  • 0

Kremlin başlıca hədəfi Ukraynanın mənimsənilməsidir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı müxalif bloger Mark Feyqin deyib.

“Putinin və Moskva elitası adlandırılanların planı ondan ibarətdir ki, Ukrayna dövlət deyil və o, Rusiyaya birləşdirilməlidir. Təbliğatçıların danışdıqlarını onların sahibləri öz aralarında müzakirə edir. Solovyov və Kisilyov elə şeyləri deyir ki, həmin məsələləri Putin və ətrafı birbaşa söyləyə bilmir”, - deyə Feyqin bildirib.

Onun sözlərinə görə, Putinin Sovet İttifaqının bənzərini yaratmaq kimi planı ola bilər, lakin buna Kremlin ciddi zəifliyi əngəl olur:

“Maddi əşyalara bağlılıq ona (Putin – red.) rahatlıq vermir. Pul onun üçün ən öndədir. Dünyanı, heç olmasa, Ukraynanı ələ keçirmək planları onun üçün ilk və vacib olana – yəni şəxsi mənfəətinə zərər verə bilər. Əgər şəxsi hakimiyyətin və zənginliyin xilası üçün Ukraynanın işğalından imtina etmək lazımdırsa, onlar bunu edəcəklər. Bu missiya (Ukraynanın işğalı – red.) üçün var-dövlətlərini qurban vermək istəmirlər. Məhz bu, onların zəif yeridir. Onların ideologiyası isə yoxdur”.

 

Nə düşünürsən?