Əsgər anası ilə maraqlanmaq əvəzinə işdən çıxartdılar

  • 24.12.2020
  • 0

Patrul.az xəbər verir ki, Lerik rayonu, Almu kənd sakini, 1955-ci il təvəllüdlü Fətullayevə Rəziyyə Hacıməmməd qızı videogörüntü paylaşıb bildirir ki, onun bir oğlu ikinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Hal-hazırda da ordudadır. Şəkillərdəki evlərinə baxdıqda maddi vəziyyətlərinin onsuz da yaxşı olmadığı görünür. Xanım müraciətində bildirir ki, onun həyat yoldaşı və qızı əlildir. Bu günlərdə məmuların gəlib onlarla maraqlanmaması bir yana, Lerik rayonu Hamarmeşə kəndində məktəbdə xadimə işləyən əsgər anasını işdən də çıxardıblar. Səbəb kimi onun yaş məhdudiyyəti göstərilib. Rəziyyə Fətullayevə özünün işdən çıxarılması əvəzinə qızının həmin işə təmin olunmasını istəsə də Həşimov Fərman Süleyman oğlunun bunun müqabilində 4000 manat rüşvət istədiyini bildirir. Təsəvvür edin əsgər anasını işdən çıxardır və əvəzinə əsgərin bacısını isə götürmək üçün 4000 manat rüşvət. Ümid edirik ki, məsələ tezliklə öz həllini tapacaq.

Nə düşünürsən?