Ermənistanın mənfur separatizm xisləti davam edir

  • 22.02.2021
  • 0

Ordumuzun 44 günlük müharibədə qarşısını aldığı düşmənin işğalçılıq siyasəti
Ermənistanın daxili və xarici siyasətində dəfələrlə təkrarlandığı kimi terror və işğalçılıq, separatizm siyasəti daim əsas xətlərdən biri olub. 1988-ci ilin fevralın 20-dən başlanan separatizm hərəkatı bunun bariz göstəricilərindən biridir.

Bunu REAL-a açıqlamasında millət vəkili Arzu Nağıyev Ermənistan XİN-in Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin radikal erməni millətçilərinin aqressiv separatçılığına bəraət qazandırmasına fikir bildirərkən deyib. Qeyd edib ki,Ermənistanın siyasətindən ön plana çəkilən bir neçə məqam var. Bunlardan biri Dağlıq Qarabağ məsələsidir.

Millət vəkili vurğulayıb ki, istər səngərdə, istər diplomatik səviyyədə, istərsə də informasiya müharibəsində erməni separatizminin qarşısı 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və xalqının vəhdəti hesabına alındı.

Arzu Nağıyev həmçinin bildirib ki, Ermənistanın çirkin siyasəti beynəlxalq təşkilatlar tərəfindən pislənməli və ermənilərin bu hərəkətləri separatçı hərəkat kimi dəyərləndirilməlidir.

Nə düşünürsən?