Ermənistanın gizlətdiyi itkilərin real sayı - ŞOK RƏQƏMLƏR

  • 06.01.2021
  • 0

Qarabağda müharibənin bitməsindən 2 aya yaxın zaman keçməsinə baxmayaraq, Ermənistan hökuməti hələ də itkiləri barədə ictimaiyyətinə dəqiq rəqəmlər açıqlamır. Publika.az xəbər verir ki, Ermənistan səhiyyə nazirinin mətbuat katibi Alina Nikosyan döyüş əməliyyatlarının başladığı 27 sentyabrdan 9 noyabra qədər Ermənistan ordusunun itkilərinin 3330 olduğunu, 1441 cəsədin genetik materialından nümunələr götürüldüyünü açıqlayıb. 871 nümunə tibbi ekspertizaya göndərilib. 436 cəsədin şəxsiyyəti müəyyənləşdirilir. 13 noyabrdan 4 yanvara qədər isə daha 1175 cəsəd aşkarlanıb. Buna baxmayaraq, yenə də hər gün daha onlarla erməni əsgərinin cəsədi tapılır. 14 noyabr tarixində Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan baş nazir Nikol Paşinyana 4750 ölüm faktının hesabatını verdiyini bildirmişdi. Onun sözlərinə görə, itki o qədər çox olub ki, hətta cəsədləri koronavirusdan dünyasını dəyişənlərin morqlarında saxlayıblar. Görünən odur ki, Ermənistan hakimiyyəti hələ də real itki sayını gizlətməkdə maraqlıdır.