Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə vurduğu ziyan

  • 01.11.2020
  • 0

- Ermənistanın Azərbaycanın dinc yaşayış məntəqələrinə vurduğu ziyan açıqlanıb - Sentyabrın 27-dən başlayaraq oktyabrın 30-u saat 08:00-ə qədər Ermənistan tərəfindən Azərbaycanın 182 yaşayış məntəqəsinə 27 mindən artıq mərmi və 218 raket zərbəsi atılıb: “Həmin müddət ərzində Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 396 nəfər müxtəlif xəsarət alıb. 2 424 obyekt, 92 çoxmənzilli bina ziyan çəkib, 13 kommunikasiya infrastukturu sıradan çıxarılıb, 17 dini obyektə, o cümlədən məscid və kilsəyə ziyan dəyib". - Ermənistanın Azərbaycana atdığı raketlərin ən çoxu Goranboy rayonuna düşüb: "Füzuliyə 34, Bərdəyə 30, Tərtərə 18, Ağcəbədiyə 14 raket, Gəncəyə 22 raket olmaqla bütövlükdə Azərbaycana 218 raket endirilib. Ermənistanın Azərbaycana atdığı ümumi mərmi sayı 27 min 308-ə bərabərdir və ən çox mərmi Tərtər rayonuna endirilib".

Nə düşünürsən?