Ermənistanda xaos dərinləşir

  • 09.04.2021
  • 0

Qarabağ müharibəsində itkin düşən erməni əsgərlərin valideynləri və yaxınları artıq 30 saatdan çoxdur ki, Ermənistan Müdafiə Nazirliyinin binasını mühasirəyə alaraq əməkdaşların çıxışına imkan vermirlər. Etirazçıları polis əməkdaşları da sakitləşdirə bilmir. Nazirliyin bütün giriş və çıxış qapıları tutulub. Etirazçılar Müdafiə Naziri Vaqarşah Arutunyan və Baş Qərargah rəisi Artak Davtyanla görüşməyi tələb edirlər. Vəziyyət o həddə çatıb ki, Ermənistan müdafiə nazirliyi binada olan əməkdaşlarını təxliyyə etmək üçün helikopter cəlb edib.

Ermənistan mətbuatının yaydığı məlumata görə, öncə binadan sağlamlığında problem olan və hamilə qadınlar təxliyə olunub.

Bu gün səhər saatlarında isə binadan Ermənistan Müdafiə naziri Vaqarşah Arutunyanın təxliyyə olunduğu deyilir.

Bu arada, 2020-ci il Qarabağ müharibəsində məhv edilən erməni hərbçilərin nəşi DNT ekspertizası üçün xaricə göndərilir.

Bu məlumatı Ermənistan səhiyyə naziri Anahit Avanesyan təsdiqləyib.

Daha əvvəl yerli informasiya vasitələri məlumat yaymışdı ki, valideynlər Ermənistanda keçirilən DNT ekspertizasının nəticələrinə etibar etmir və xaricdə təkrar analizlər keçirirlər.

Ermənistan Səhiyyə Nazirliyinin son məlumatına görə, ümumiyyətlə 3723 ekspertiza keçirilib, 2302 həlak olanların qohumları ilə DNT analizləri uyğun olub.

Nə düşünürsən?