Ermənistana məxsus PUA vuruldu

  • 21.09.2020
  • 0

Sentyabrın 20-də saat 23:15 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bildirilib ki, həmin vaxt ardıcıl iki güclü partlayış səsi duyulub. Yayılmış qeyri-rəsmi məlumatlara görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı – PUA Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib. Vurulan PUA Şəmkir rayonu ərazisinə düşərək partlayıb.