Ermənistana daha 106 cəsəd təhvil verildi

  • 16.02.2021
  • 0

Daha 106 erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verilib.

Sfera.az "Sputnik Armenia”ya istinadla xəbər verir ki, cəsədlər Füzuli rayonu istiqamətindən qarşı tərəfə qaytarılıb.
 
Məlumata əsasən, rusiyalı sülhməramlı kontingentin vasitəçiliyi ilə Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olan 106 erməni hərbçinin cəsədini qarşı tərəfə təhvil verib. Erməni tərəfi meyitlərin kimliyinin müəyyən olunması üçün ekspertiza təyin edildiyini açıqlayıb. 

Eyni zamanda, bildirilir ki, tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səy göstərirlər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdən indiyədək 1379 erməninin meyitinin tapıldığı açıqlanıb.

Nə düşünürsən?