Ermənistan vurduğu ziyanı ödəməlidir

  • 26.03.2021
  • 0

Ermənistan işğalçı dövlət kimi kompensasiya ödəməlidir.

İşğal nəticəsində Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərərin ödənilməsi və qarşı tərəfdən təzminat tələb olunması beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Ermənistan Birinci və İkinci Dünya müharibəsinin işğalçı dövlətləri kimi Azərbaycan xalqından üzr istəməli və törədiyi vəhşiliyin cavabını verməlidir. Millət vəkili,tarixçi Anar İsgəndərov deyir ki, dünyada belə bir təcrübə əsirlərdir ki, var .

İkinci dünya müharibəsindən sonra Almaniya İsrailə, İraq 1990-cı ildə Küveyti işğal etdiyinə görə bu ölkəyə təzminat ödədiyi kimi Ermənistan da Azərbaycana vurduğu küllli miqdarda zərərə görə məsuliyyət daşımalıdır

Millət vəkili deyir ki, 30 ilə yaxın müddətədə öz torpaqlarından didərgin olan soydaşlarımız da ayrı-ayrılıqda dəymiş ziyana görə, Ermənistanı məhkəməyə verə bilər.

Vətəndaşlarımız da fərdi şəkildə və ya qruplar halında Ermənistandan beynəlxalq məhkəməyə şikayət edə bilərlər. Əsas məsələ şikayətin düzgün tərtib olunmasıdır.

Qısacası tarix təkrarlanır. İşğalçılar isə törətdikləri əmələrin cavabını gec ya tez verirlər. Ermənistan da vandal əmələrinə görə Beynəlxalq Ədalət Məhkəməsinin qarşısında cavab verməli olacaq.

REAL

Nə düşünürsən?