Ermənistan üçün yeni kredit boyunduruğu

  • 04.01.2021
  • 0

“Hayastan” Ümumerməni Fondunun sabiq icraçı direktoru Ara Vardanyan öz “Facebook” səhifəsində məlumat verib ki, Qarabağ müharibəsi zamanı Nikol Paşinyan hərbi toqquşmaların getdiyi dövrdə çoxlu sayda silah-sursat sifariş verib və Ermənistan tərəfi bunun ödənişini hələ də həyata keçirməyib. Bu barədə məlumat “Caliber”in “YouTube” kanalında yerləşdirilib. Ara Vardanyan iddia edir ki, N.Paşinyan Rusiyaya yanvarın 11-də gözlənilən səfərində yeni kredit müqaviləsinə imza atacaq və kreditə alınacaq silahların ümumi həcmi 500 milyondan 1,5 milyard ABŞ dollarına qədər məbləğdə ola bilər.

Nə düşünürsən?