Ermənistan polisi müxaliflərin həbsinə başladı

  • 23.02.2021
  • 0

Ermənistan polisi Nazirlər Kabinetinin 3 nömrəli binası qarşısında etiraz edən mitinq iştirakçılarına sərt müdaxilə edib və həbslərə başlayıb.

Axar.az xəbər verir ki, xüsusilə “Nikol satqındır”, “Nikol türkdür” şüarları səsləndirən etirazçıların saxlanıldığı bildirilib.

Qeyd edək ki, müxalifət bu gün səhər saatlarından etibarən baş nazirin ofisinin girişlərini bloklayacağını açıqlamışdı. Lakin polis onlara bunu etməyə imkan verməyib və Baş nazir Nikol Paşinyan etirazçıların şüarları altında iş yerinə daxil ola bilib.

Nə düşünürsən?