Ermənistan müxalifəti Paşinyanı devirə bilməyəcək

  • 24.02.2021
  • 0

Ermənistandakı müxalifət kütləvi vətəndaş itaətsizliyi aksiyalarına başlayacağına söz verib və bu, mərkəzləşdirilməmiş xarakter daşıyacaq. Polis, artıq hökumətin vəd etdiyi kimi, kütləyə qarşı sərt davranmaq niyyətində olduğunu göstərib.

Publika.az xəbər verir ki, “Sputnik Ermənistan” mövcud daxili siyasi vəziyyətdən hansı çıxış yolu gördüklərini və müxalifətin hərəkətlərini necə qiymətləndirdiklərini öyrənmək üçün İrəvan sakinləri arasında təsadüfi sorğu keçirib.

Bir çox cavabda respondentlərin həm iqtidara, həm də müxalifətə inamsızlığı və şübhəsi ortaya çıxıb. Respondentlər, demək olar ki, yekdilliklə cəmiyyətdə hökm sürən mənfi hissləri ifadə edib.

Xalqın mövqeyindən belə bəlli olur ki, müxalifətin siyasi oyunlarına alət olmaq istəmir. Müxalifət isə xalqın dəstəyi olmadan hökuməti devirə bilməyəcək.

Nə düşünürsən?