Ermənistan mina xəritəsini hələ də təhvil verməyib

  • 19.03.2021
  • 0

Ermənistanın xəritəni təqdim etməməsi ağır nəticələrə yol açır.

Ermənistan işğaldan azad olunmuş ərazilərimizdə yerləşdirdikləri minaların xəritəsini verməməklə yenə də Azərbaycana qarşı çirkin əməllərini nümayiş etdirməyə davam edir. Həmin ərazilərdə yerləşdirilən minalar bu gün də bizim üçün təhlükə saçır.10 noyabr 2020-ci ildən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində.... mülki şəxs həlak olub.

Hərbi ekspert Ruslan İmamquluyev qeyd edir ki, Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməməsi tam qanunsuz bir əməldir və Azərbaycanın tam haqqıdır ki,bu gün buna görə təzminat davası açsın.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq Əziz Əlibəyli isə qeyd edir ki, Mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün Beynəlxalq reaksiyaların olması da çox vacib məsələdir.

Qeyd edək ki, Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Ağdam, Füzuli, Cəbrayıl,Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi əməliyyatları davam edir və 2020-ci il 27 sentyabr tarixindən etibarən aparılmış minatəmizləmə əməliyyatları zamanı 16 586 032 kv.m (1,586 ha) ərazi yoxlanılıb, 9 584 ədəd piyada və tank əleyhinə minalar, 7 081 ədəd partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib.

Nə düşünürsən?