Ermənistan 6 həftəlik döyüşlərdən sonra Ağdamdan əlini çəkdi

  • 21.11.2020
  • 0

“Əl-Cəzirə” televiziya kanalı Ağdamın işğaldan azad edilməsi ilə bağlı xüsusi reportaj hazırlayıb. “Report”un məlumatına görə, kanalın Ağdama ezam olunmuş müxbiri qeyd edib ki, Ermənistan 30 ildən sonra ərazini Azərbaycana təhvil verməyə məcbur olub: “Azərbaycan ordusu Ağdama daxil oldu. Bu ərazi təxminən 30 ildir Ermənistanın nəzarəti altında idi. 6 həftəlik döyüşlərdən sonra atəşkəs nəticəsində Ermənistan Qarabağın bu mübahisəli ərazisindən əlini çəkdi”.

Nə düşünürsən?