Ermənilərlə dost olmalıyıq - Partiya sədrindən şok açıqlama

  • 04.01.2021
  • 0

“Ağıllı olmalıyıq, emosianallıq siyasətdə çox böyük günahdır. Sən filan vaxtı məni qırıbsan, keçdi onlar. Unutmalıyıq, heç yada da salmamalıyıq ki, belə bir şey olub”. Bu sözləri LAF TV-nin efirində Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. A.Səmədov bildirib ki, biz ermənini düşmən kimi qəbul edib, özümüzə də düşmən eləsək, ermənini bəxtəvər edib, onun üçün işləmiş olarıq. Aparıcı Afət Telmanqızının “Abutalıb müəllim, çətin məsələdir, heç kim unutmayacaq. Xocalıda baş verənləri və bütün faciələri heç kim unuda bilməz” fikirlərinə partiya sədri belə cavab verib: “Özümüzü elə göstərməliyik ki, guya unutmuşuq. Çünki maraqlarımız bunu tələb edir. Azərbaycanın maraqları tələb edir ki, biz rusun düşmən olduğunu bilə-bilə də hərdən dost olduğunu deməliyik. Hərdən görəndə ki, o, bizə düşmənçilik edir, deməyək ki, sən düşmənsən. Ona düz eləmirsən deyə cavab verək”. Xatırladaq ki, Abutalıb Səmədovun bir neçə gün öncə “Rusiya olmasaydı, biz bu müharibədə qələbə qazana bilməzdik” açıqlaması cəmiyyətdə birmənalı qarşılanmamışdı. Bu açıqlamasına görə onu tənqid edənlərin sayı yetəri qədər olmuşdu.

Nə düşünürsən?