Ermənilərin özbaşınalığı: Şuşaya atılan "İsgəndər"

  • 01.04.2021
  • 0

Raketin üzərindəki indeks bu silahın satışının qadağan edildiyini göstərir.

İkinci Qarabağ Müharibəsində operativ taktiki raketlərin istifadəsi ilə bağlı müzakirələr pilotsuz uçan aparatparın istifadəsi qədər müzakirə olunur.

Dronların istifadəsi ilə bağlı cavabsız suallar qalmayıb. Hərçənd ki bunu operativ taktiki raketlər barədə demək olaz. Ən böyük sual da məhz müharibənin son günlərində Ermənistanın "qisas silahı" kimi istifadə edə bildiyi “İskəndər” raketlərindən gedir. Məhz bu raketlər son günlərin əsas müzakirə obyektidir.

Məsələ nə yerdədir? Anladaq. Ərazi minalardan təmizlənərkən 39 dərəcə, 45 dəqiqə 38.1 saniyə şimal və 46 dərəcə 44 dəqiqə 33.9 saniyə şərq eləcədə 39 dərəcə 45 dəqiqə 27,8 çimal və 46 dərəcə 45 dəqiqə 25,8 saniyə şərq korrdinatları ilə raket qalıqları tapılır.

Korrdinatlar birbaşa Şuşaya aiddir. Ekspertlər dərhal raket qalıqlarını araşdırır və diqqət ...

Bəlli olur ki, bu raketlər “İskəndər” kompleksinə aiddir. Hərçənd ki, varçapet yəni baş nazir Paşinyanla erməni generaliteti arasında bu raketin istifadəsi ilə bağlı çox güclü mübahisə gedirdi. Bu hələki bir kənara.

Raketin üstündəki 9M723 yazısı belə deməyə əsas verir ki, raket konkret İskəndərdi. Hər bir raketin üstündə eləcədə onun bir sıra detallarında onun indeksi, seriya nömrəsi, buraxılış ili qeyd olunur.

Bu rəqəmlərdə bu raketin kimə aid olduğunu deməyə əsas verir. İskəndər raket kompleksi operatik taktiki kompleksdir. Və ilkin olaraq bu raket istehsala buraxılanda iki göstərici əsas götürülür. Ən vacibi uzaqlıq məsafəsidir. Yalnız və yalnız Rusiya silahlı qüvvələri üçün nəzərdə tutulan 9K723 indeksli İskəndər-M raketinin uçuş məsafəsi 500 kilometrdir. Bu rəqəmi və indeksi yadda saxlayırıq. “İskəndər-E” yəni eksport satış üçün nəzərdə tutulan raketin uçuş məsafəsi isə cəmi 280 kilometrdir. Və orta və yaxın məsafəli raketlərin məhvi ilə bağlı müqaviləyə əsasən Rusiya başqa ölkələrə məhz “İskəndər-E” raket kompleksini sata bilər.

“İskəndər” operativ taktiki raket kompleksinin ümumi indeksi 9K720-dir. Şuşada tapılan raket hissələrinin üzərində isə 9K723 yazılıb. Yəni bu raketlər satış üçün nəzərdə tutulan “İskəndər-E” yox, sırf Rusiyanın istifadəsi üçün nəzərdə tutulan “İskəndər-M” raketidir.

Belə çıxır ki, Rusiya operativ taktiki raket komplekslərinin satışı ilə bağlı imzaladığı beynəlxalq sazişləri pozaraq Ermənistana eksport üçün nəzərdə tutulan uzaqlıq məsafəsi 280 km olan “İskəndər-E” yox, öz silahlı qüvvələri üçün istehsal etdiyi uzaqlıq məsafəsi 500 km, kassetli, fuqas, qəlpəli, zirehli texnika, ümumilikdə 10 növ növ və çəkisi 480 kiloqrama qədər standart hətta 50 kilotona qədər partlayış gücü olan nüvə başlığı daşıya bilən “İskəndər-M” raket kompleksi satıb və ya verib? Hətta militari Raşa saytında göstərilir ki, Rusiya üçün nəzərdə tutulan raketlər 9M723 və 9M723-1 indeksi ilə tanınır. Eksport satış üçün nəzərdə tutulan raketlərdə 9M723E yəni eksport satış yazılır. Şuşada tapılan raketlərdə indeks 9M723-dür.

Belə çıxır ki, Rusiya ya Ermənistanı bütün qaydaları pozaraq satış üçün nəzərdə tutulmayan raket kompleksini satıb, ya da Rusiya özü Şuşaya raket atıb? Xəritəyə baxanda uzaqlıq məsafəsi 500 kilometr olan İSkəndəri Gümrüdə yerləşən 102 rus hərbi bazasından hətta Rusiyanın öz ərazisindən buraxmaq olar? Çox müəmmalı və qaranlıq suallar var. Amma ekspertlər bildirir ki, bu raketlər partlamayıb. Ermənilərin atdığı bəzi Smerçlərdə partlamırdı.

Eləcə də ermənilərin keçmiş baş qərargah rəisi general Akopyan iddia edirdi ki, istənilən silahın dağıdıcı effektivliyini əks tərəf təsdiqləyə bilər. Hər bir halda bu raketlər partlamayıb. Nikol Paşinyanın “İskəndər” raketləri ilə bağlı dedikləridə diletant çıxışdan başqa heçnə deyil. Raket heç vaxt 10 faiz gücü ilə partlamır. Ya raket 100 faiz partlayır, yada heç partlamır. Amma sual və əsas sual isə budur- 9K723 indeksli və satı üçün nəzərdə tutulmayan İskəndər Ermənistana necə verilib, və əgər verilməyibsə onda Rusiya silahlı qüvvələri üçün nəzərdə tutulan 9K723 indeksli “İskəndər”i Şuşaya kim atıb?

REAL

Nə düşünürsən?