Ermənilərin noyabrda Xankəndindən Şuşaya hazırladığı hücum planı

  • 18.06.2021
  • 0

Sosial şəbəkələrin Ermənistan seqmentində yeni videogörüntülər yayılıb.

Bax.tv xəbər verir ki, kadrlarda 2020-ci ilin noyabr ayında Xankəndi şəhərindən Azərbaycanın işğaldan azad etdiyi Şuşaya hücum planı hazırlanır.

Qərargahda çəkilən görüntülərdə əməliyyat planına qondarma "Dağlıq Qarabağ Müdafiə Ordusu"nun sabiq lideri Samvel Babayanın rəhbərlik etdiyi görünür.

Məğlubiyyəti həzm edə bilməyən işğalçı ordu Şuşa şəhərinə hücum üçün taktiki analizlər aparır, döyüş planı tərtib edir.

Qeyd edək ki, noyabr ayının 8-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Şuşa-Xankəndi yolu istiqamətində irəliləmiş və strateji yüksəklilərdə möhkəmlənmişdi. Düşmən qüvvələri həmin yolla irəliləyərək Şuşaya qalxmaq istəsə də, bu plan baş tutmamışdı.

Nə düşünürsən?