Ermənilərin növbəti yalanı

  • 03.11.2020
  • 785 baxış
  • 0

Patrul.az xəbər verir ki, ermənilər sosial şəbəkələrdə yalandan düzüb-qoşduqları növbəti video ilə baxanları aldatmaq istəyirlər. Əslində bu ermənilər üçün adi haldır. Vidoenun məğzi ondan ibarətdir ki, guya ermənilər yaralı əsgəri əsir tutub. Həmin əsgər Azərbaycan Respublikasının Sərhəd Xidmətinə məxsus hərbi formadadır və əsgər muzdlu ərəb döyüşçüdür. Onu əsir götürmüş ermənilər ona Azərbaycan, erməni, rus, ingilis dilində suallar verir, lakin o heç nə başa düşmür. Deyəsən bütün variantlar qurtarıb indi də özləri tərəfdən döyüşən muzdlulara Azərbaycan əsgərinin hərbi formasını geyindirib videoya çəkirlər. Daha unudublar ki, bir müddət əvvəl bu yalançı dövlətin Müdafiə Naziri David Tonoyan erməni əsgərlərlə birlikdə olan şəklini öz "twitter" hesabında paylaşmışdı və onun yanında Azərbaycan Respublikası sərhəd xidmətinə məxsus hərbi geyimdə olan iki erməni əsgəri oturmuşdu. Tonoyan sonradan həmin şəkli öz sosial şəbəkə hesabından silsə də artıq gec idi. Yalanın üstü açılmışdı. Ən sonda isə ekrana diqqətlə baxın. Bu şəkildəki şəxs ilə videogörüntüdə əsir kimi danışdırılan şəxs təsadüfən eyni şəxs deyil?

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?