Ermənilərin misilsiz vəhşilikləri

  • 11.02.2021
  • 0

Ermənilər Xocalı qətliamını törətməklə etnik təmizləmə siyasəti aparıb Ermənistanın bu çirkin marğının altında isə azərbaycanlılara qarşı hər zaman etnik təmizləmə siyasəti dəyanıb. 1992-ci ildə Xocalıda baş verən qətliam bunu deməyə əsas verir. Xocalıda baş verən qətliamda əsas cəlladlar isə Ermənistanda zaman-zaman hakimiyyətə gələn şəxlər idi. 1992-ci ildə Xocalıda olduğu kimi, 2020-ci ildə Böyük Vətən müharibəsi zamanı Gəncə, Bərdə Tərtər və digər şəhərlərin qadağan olunmuş artileriyadan raket atəşinə tutulması və nəticə dinc insanların ölümü Ermənistan hakimiyyətinin xislətinin dəyişmədiyin açıq açkar nümayiş etdirir. Xocalı facəsi 20-ci əsrin ən dəhşətli faciələrindən idi. Məhz bu səbədən də Xocalı faciəsi Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. REAL

Nə düşünürsən?