Ermənilər hansı YOLLA GƏLİR?

  • 29.05.2021
  • 0

Rusiya sülhməramlıları Qarabağda nə işlə məşğuldur? Az qala hər gün gərginlik, hər gün bir hadisə baş verir. Niyə müdaxilə edilmirlər?

 Kəlbəcər istiqamətində təxribata cəhd, bu gün də Naxçıvan istiqamətində bir əsgərimizin yaralanması. Nə baş verir? Antiterror əməliyyatları hər an başalaya bilər. 
ErmənilərZəngəzur dəhlizi öhdəliyini yerinə yetirmir. Ona görə, Azərbaycan bu gedişlə Zəngəzur dəhlizini güc yoluyla həll edəcək. 

Oxu24.com xəbər verir ki, 24 nəfərlik erməni terrorçu sərhədimizi pozdu və bizə aid olan əraziləri minalamağa cəhd etdi..Qəhrəman azərbaycan hərbçisi mühasirəyə alaraq onlardan 6-sını diri olaraq ələ keçirdi.
Ermənistan Müdafiə nazirliyinin hadisəyə münasibəti çox absurd oldu..Güya ki, aşotlar və vazgenlər sərhəddə mühəndis işləri görürlərmiş və onları əsir götürüblər..
Amma ermənistan baş qərargahının bu yalançı bəhanəsini darmadağın edən tapıldı..Başıbəlalı Paşinyan növbəti dəfə siyasətdə hələ cücə olduğunu sübut etdi..Paşinyan Ermənistan hərbçilərinin mina basdırmaq üçün həmin əraziyə getdiyini bəyan etdi.
6 erməni hərbçisinin əsir götürülməsi ordumuzda xidmətin düzgün təşkilinin nəticəsidir. Demək ki, Azərbaycan hərbçiləri yatmayıb, düzgün müşahidə aparıb, rabitə əlaqəsi olub və ehtiyat qüvvələr vaxtında əraziyə çatıb. Daha sonra olanlar isə hamıya bəllidir.
Bütün bunlar baş verərkən Rusiyanın sülhməramlı qüvvələri nə işlə məşğuldur? Az qala hər gün gərginlik, hər gün bir hadisə baş verir. Niyə müdaxilə edilmir? Məğlub tərəfə niyə məğlub olduğu başa salınmır? Qaliblə qalib, məğlubla, məğlub kimi davranmaq lazımdır.
Çox keçməyəcək, Rusiya sülhməramlı qüvvələrin komandanı Rüstəm Muradov təyyarə ilə Bakıya gələcək ki, terror fəaliyyəti göstərən erməni diversantlarını aparsın. Rusiya Rüstəm Muradovu sülhməramlı qüvvələrə, yoxsa elçi daşı üstündə oturmağa komandan təyin edib, o da bəlli deyil..Görünən odur ki,  Qalib tərəf təmkin nümayiş etdirir, məğlub tərəf isə  özünü ərköyün uşaqlar kimi aparır.
Bütün bu baş verənlər yaxın zamanda anti-terror əməliyyatını qaçınılmaz edəcək.
Hadisədən sonra “Bakıya bir saat vaxt vermişik” deyib lovğalanan erməni general da tapıldı..
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-mayor Edvard Asryan Azərbaycan tərəfinin altı erməni terrorçunun zərərsizləşdirilməsinə həsr olunmuş brifinq zamanı təmsil etdiyi dövlətin regiondakı mövqeyini və çarəsizliyini açıq şəkildə ortaya qoyan açıqlamalar verdi
erməni general rəsmi Bakıya ələ keçən terrorçuların qaytarılması üçün bir saat vaxt verildiyini bildirib. Kapitulyant ölkənin rüsvayçı ordusunun rəsmisi üçün olduqca cəsarətli sayıla biləcək bu çıxış daxili auditoriyanı sakitləşdirməyə yönəlsə də, bu sakitlik çox güman ki, Asryan çıxışında növbəti cümləni səsləndirənə qədər davam edib.
 Baş qərargah rəisinin müavini özü də bilmədən təmsil etdiyi ordunun acizliyini ortaya qoyub və verilən bir saatlıq vaxtın artıq başa çatdığını bildirib.
Beləliklə Azərbaycanla təhdid dilində danışmağa cəhd etmiş general cəmi bir neçə saniyə sonra bunun əbəs yerə olduğunu bütün erməni xalqına göstərib.
Paşinyanın bu yaxınlarda yeni vəzifə verdiyi, buna qədər isə onun istefasını tələb edən general Asryanın səsləndirdiyi növbəti fikirlər daha acınacaqlı olub.
O bildirib ki, sözügedən vaxt tamam olan kimi rusiyalı tərəfdaşları erməni tərəfi ilə əlaqə yaradıb və Azərbaycanla danışıqlara başladıqlarını söyləyiblər. Erməni general məhz bu səbəblə müvafiq tədbir görmədiklərini qeyd edib.
Əslində isə Asryan bu sözlərlə bütün dünyaya İrəvanın öz müqəddəratını həll edə bilməməsini göstərib. Elə bu səbəbdən də sözügedən məsələ müstəqil siyasət aparan Azərbaycan və Rusiya dövlətləri arasında müzakirə olunur və müvafiq olaraq da qərarı Bakı və Moskva qəbul edir.

Günün ikinci sevindirici xəbəri Ermənistandan gəldi.
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan istefa verdi. Səbəb sərhədlərlə bağlı yeni müqavilənin imzalanmasına “ortaq” olmaq istəməməsidir.
Hacıqabul doğumlu, Qüdrət Xancanov adlı azərbaycanlının oğlu olduğu deyilən Ayvazyanın bu addımının təkcə özünün yox, həm də Fransanın qərarı olduğunu deyə bilərik.
Ayvazyan müharibədən sonra xarici işlər naziri təyin olunanda Fransadakı erməni diasporuna yaxınlığı haqda məlumatlar var idi. Onun təyinatdan dərhal sonra Qarabağın “statusu” məsələsini gündəmə gətirməsində, ümumiyyətlə nazir kimi fəaliyyətini əsasən bu istiqamət üzərində qurmasında da Parisin rolu görünürdü.
Münaqişənin həllindən kənarda qalan Fransa “status” məsələsi üzərindən həmsədr ölkə kimi yenidən bölgəyə qayıtmaq istəyir. Ermənistanda müharibədən sonra “status” məsələsini rəsmi şəkildə ilk dəfə Ayvazyanın gündəmə gətirməsi bu kontekstdə təsadüfi deyildi.
Fransa yeni sənədi qəbul etmədiyini Ayvazyanın istefası ilə də Paşinyana çatdırır.