Erməni vəhşiliyi məşhur telekanalın gözündə

  • 25.03.2021
  • 0

Ermənistan XİN telekanalın dağıntılarla bağlı sualına cavab verə bilməyib.

“BBC” telekanalı işğaldan azad olunmuş Cəbrayıl rayonunda ermənilərin törətdiyi vandalizm əməlləri ilə tanış olub.

Müxbir Conah Fişer yol boyu müşahidə etdiyi evlərin tamamilə dağıdıldığını bildirib.

Prezidentin köməkçisi Hikmət Hacıyev işğal zamanı Qarabağda 8-dən çox şəhərin məhv edilyini deyib.

“Bölgə Hirosimaya çevrilib. Sanki, orada nüvə bombası partladılıb” – deyə Hacıyev vurğulayıb.

Çəkiliş komandasını cəbrayıllı bir ailə də müşayiət edib.

Ailə 1993-cü ildə - işğal zamanı evini tərk etmək məcburiyyətində qalıb.

Rasim müəllim Cəbrayılda atasının qəbrini ziyarət edib.

Müxbirin erməni vandalizmi ilə bağlı Ermənistanın xarici işlər naziri Ara Ayvazyana “baş verənlərə görə üzr istəyərdinizmi”, - sualına cavabı belə olub:

“Müharibə zamanı hər iki tərəfdə mənfi, xoşagəlməz hallar baş verib. Əgər nəsə baş veribsə, bu, fərdi şəkildə töridilən əməl olub, dövlət siyasəti olmayıb”.

Müxbir baş verənlərin sistematik hal olduğunu Ayvazyanın diqqətinə çatdırıb.

Qeyd edək ki, Cəbrayıl ötən il, 4 oktyabrda işğaldan azad olunub.

REAL

Nə düşünürsən?