Erməni vandallığı pislənildi

  • 26.03.2021
  • 1 baxış
  • 0

Quba Soyqırımı Memorial Kompleksində 4 dildə bəyanat səsləndirilib.

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində ictimaiyyət nümayəndələri tərəfindən Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilib.

Kompleksi ziyarət edən "Vətən müharibəsi əlillərinə kömək" İctimai Birliyinin üzvləri soyqırım abidəsi önünə gül qoyub erməni qəsbkarları tərəfindən qətlə yetirilən dinc sakinlərin xatirəsini anıblar.

Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq zamanı ziyarətçilərə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü haqqında ətraflı məlumat verilib və onlar ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əyani sübut edən tarixi sənədlər və fotoşəkillərlə tanış olmaq imkanı əldə ediblər.

Ziyarət zamanı "Vətən müharibəsi əlillərinə kömək" İctimai Birliyi tərəfindən erməni vəhşiliyi ilə bağlı 4 dildə bəyanat səsləndirilib. Bəyanatda qeyd edilib ki, 31 Mart soyqırımının statistikası bu bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın manzərə yaradır.

Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci ilin aprelin 1-də bu ərazilərdə torpaq işləri aparılarkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin dinc yerli əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.

REAL

Nə düşünürsən?