Erməni terroru bitmək bilmir

  • 07.04.2021
  • 0

Müharibə bitsədə Azərbaycan hərbçiləri və mülki vətəndaşları Erməni terrorunun qurbanına çevrilir. Hələdə Azərbaycan tərəfi itki verir. Səbəb isə bəllidir. Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təhvil vermir.

Rəsmi statistikaya əsasən Noyabr ayının 10-dan indiyədək Azərbaycan tərəfindən 32 nəfər mülki şəxs minaya düşüb. Onlardan 14 nəfər həlak olub,19 nəfər yaralanıb. Bundan başqa 6 nəfər hərbi qulluqçu minaya düşərək həlak olub.

Xarici ekspertlər bu məsələdə Ermənistana təzyiq göstərmədiklərinə görə, beynəlxalq təşkilatları günahlandırırlar.

Ekspertlər iddia edir ki, müharibədən sonra minaya düşərək həyatını itirən şəxslər Ermənistanın cinayətkar siyasətinin qurbanlarıdır.

Ekspertlər Dünyada bənzər təcrübənin olduğunu iddia edir. Yaxın tarixə nəzər salmaq kifayətdir.

30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının işğalına susan təşkilatlar indidə bu məsələyə laqeyid yanaşırlar. Bu isə insanlığa qarşı növbəti cinayətə göz yummaqdır.

Nə düşünürsən?