Erməni rus polisi vurdu, polis atəş açdı

  • 22.11.2020
  • 0

Rusiyanın Volqoqrad şəhərində erməni sürücü yol polislərini vurub. Publika.az Axar.az-a istinadla xəbər verir ki, sürücü, 35 yaşlı erməni əsilli Levon Ohanesyan idarə etdiyi BMV markalı avtomobili onu saxlamağa çalışan polislərin üstünə sürüb. Daha sonra avtomobilindən düşən erməni əlindəki dəmirlə polis zabitinin başına bir neçə zərbə endirib. Digər polis əməkdaşı xidməti silahdan sürücünün ayağına atəş açmaq məcburiyyətində qalıb. Faktla bağlı cinayət işi açılıb.