Erməni mülki əhaliyə əşyalarını götürməyə imkan verildi

  • 24.11.2020
  • 0

Azərbaycan hərbçiləri atdıqları növbəti addımla bir daha mülki əhaliyə qarşı müharibə aparmadıqlarını, dinc sakinlərlə beynəlxalq humanitar hüquq normaları əsasında davrandıqlarını nümayiş etdiriblər. "Report" xəbər verir ki, Ağdamın Gülablı kəndində məskunlaşmış ermənilər əşyalarını çıxarmaq üçün Azərbaycan hərbçilərinə müraciət ediblər. Azərbaycan hərbçiləri kəndi tərk etməyi çatdırmayan ermənilərə yardım edib. Beləliklə, düşməndən fərqli olaraq yüksək peşəkarlıq göstərən Azərbaycan hərbçiləri növbəti dəfə öz humanistliyini, insanpərvərliyini təsdiqləyib. Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı pis davranmayıb, əksinə yardım göstərib.

Nə düşünürsən?