Erməni komandirdən şok: 17 yük maşını mina basdırdıq

  • 07.06.2021
  • 0

Erməni işğalçıları tərəfindən qoyulmuş minanın partlaması nəticəsində Kəlbəcərdə azərbaycanlı jurnalistlərin şəhid olmasından sonra sosial şəbəkələrin erməni seqmentində erməni komandirlərindən birinin sensasiyalı açıqlaması yayılıb.

Axar.az Bizim.Media-ya istinadən xəbər verir ki, Tvitterdə yerləşdirilən videoda cəsarətlə və vicdan əzabı çəkmədən hərbi cinayətlər törətdiyini etiraf edən bir “qəhrəmanı” və terrorçunu görə bilərsiniz.

Polkovnik Koryun Qumaşyan qürurla deyir:

"Mən kontingentimlə birgə Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırdım. Minalar olduğuna görə bu ərazidə heç nə edə bilməyəcəksiniz. Hərbi əsirlərimizi bizə qaytarın və mən mina xəritəsini təqdim edəcəm”.

Bu açıqlama erməni hərbi maşınının faşist mahiyyətini bir daha sübut edir. İşğal olunmuş torpaqları qanları ilə azad edən Azərbaycan Silahlı Qüvvələrinə müqavimət göstərmək gücü olmayan erməni hərbçiləri terrorla məşğul olduqlarını gizlətmirlər.

Bunlar müharibə cinayətləri deyil, sadəcə terrordur.

Nə düşünürsən?