Erməni etirafı: Şuşa da, Qarabağ da Azərbaycanındır

  • 03.03.2021
  • 0

Kim deyir ki, Şuşa bizimdir, ermənilərindir?! Şuşa bizim şəhərimiz deyil. Şuşanı o zaman Sparapet (Ermənistanın sabiq müdafiə naziri Vazgen Sərkisyan - red.) əsgərləri ilə birlikdə ələ keçirmişdi. Əlbəttə ki, Şuşa da, Qarabağ da Azərbaycanındır.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bunu İrəvanda keçirilən mitinq zamanı şəhər sakini, orta yaşlı erməni qadın deyib. Qadının yanında dayananlar da onu dəstəkləyiblər.

"Nikol Paşinyan düz edir, onu dəstəkləyirik. Əslən Qarabağdan olanlar 30 il bizi idarə etdilər, bizə divan tutdular. Qarabağı işğal etdik, nə oldu? Ələ keçirdiyimiz ərazilərdə yaşadıq, evlər və məktəblər tikdik?! Yox, hamısı viranə idi. Yüz milyonlarla dollar pulu, milyardları "Qarabağa xərcləyirik" adı ilə yedilər, həzm etdilər. Bəsdir artıq. Öz dərdimiz özümüzə bəsdir", - onlar deyiblər.

Nə düşünürsən?