Erməni əsirlər nələri etiraf etdilər?

  • 02.11.2020
  • 0

Azərbaycan ordusunun gücü və mərdliyi qarşısında tab gətirə bilməyən erməni hərbçiləri mənasız yerə məhv olmaqdansa əsir düşməyi seçirlər. Həmin hərbçilər Azərbaycan ordusu və Dağlıq Qarabağla bağlı bir sıra önəmli etiraflar ediblər. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanı müharibəni dayandırmağa və Dağlıq Qarabağın Azərbaycana aid olduğunu təsdiq etməsini tələb edirlər. Əslən İrəvandan olan Hayk Dilanyan bildirir ki, o 4 ay öncə ailə həyatı qurub və ailəsi birlikdə valideynləri ilə yaşayıb. Hərbi komissarlıqdan çağırış gəldiyi üçün döyüşlərə qatılıb. Suqovuşandakı sığınacaqda əsir götürüldüyünü deyən Hayk Dilanyan Azərbaycan əsgəri ilə qarşılaşana qədər hərbçilərimiz haqqında ancaq pis düşüncədə olduğunu bildirib. Ancaq Azərbaycan hərbçisinin cəsarəti və mərdliyi qarşısında özünü öldürməkdən vaz keçərək təslim olduğunu deyir. Hayk bildirir ki, o bütün ermənilərə səslənir və bildirir ki, Azərbaycanlılar onların düşündükləri ki və onlara deyilən kimi deyillər. Azərbaycanlılar çox döyüşkən xalqdır, yardımsevərdirlər və mərddirlər. Buna görə ailələr övladlarının yaşamaları üçün onları Qarabağa göndərməsinlər. Əks halda onlar üçün çox pis olacaq. Biz müharibəni dayandırmalı və illər öncə olduğu kimi Azərbaycan xalqı ilə birgə sülh içərisində yaşamalıyıq. İrəvandan olan Sevonyan isə bildirir ki, o evlidir və 3 övladı var. O, da hərbi komissarlığın çağırışı əsasında döyüşlərə yollanıb. Sevonyan Ermənistanın baş naziri Nikol Paşinyanın müharibənin davam etdirilməsi üçün səylərindən dəhşətə gəldiyini və dərhal əsgər ölümlərinin qarşısını almaq üçün bunun dayandırılmalı olduğunu bildirir. Əslən Cermukdan olan Vartan Ambartsumyan isə İrəvanda yaşayır və santexnika ustası kimi fəaliyyət göstərib. O, yaşadığı müddət ərzində qarşılaşdığı azərbaycanlılardan ancaq yaxşılıq gördüyünü bildirir. Əsirlərin ortaq mövqeyi isə ondan ibarətdir ki, Paşinyan dərhal müharibəni dayandırmalı, ermənilərin mənasız yerə məhv olmasının qarşısını almalı və Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu elan etməlidir. Bununla da sülh yaradıla və hər iki xalq gələcəkdə əmin-amanlıq içərisində yaşaya bilər..

Nə düşünürsən?