Ərəblərin Azərbaycanda etdiyi biabırçı hərəkətlə bağlı açıqlama

  • 20.03.2021
  • 0

Sosial şəbəkələrdə aktivist Cavid Qara adlı şəxs ov etmək üçün Acınohur ərazisinə gələn ərəb turistlərlə bağlı paylaşım edib. Görüntülərdən aydın olur ki, bir neçə ərəb turist dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem edir. Onların bunu əyləncə üçün etdiyi iddia olunur.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar.

“Bizə məlumat daxil olub, məsələ ilə bağlı araşdırma aparılacaq. Qeyd edilənlərdə qanun pozuntusu olub-olmaması, nə dərəcədə təhlükəliliyi və digər məsələlərə aydınlıq gətiriləcək. Həmçinin ərazidə ETSN-in əməkdaşlarının olması, bu və ya digər dərəcədə pozuntuları görüb, göz yumması kimi faktlar bizə təqdim olunarsa, bu məsələlər də tərəfimizdən obyektiv şəkildə araşdırılıb ictimaiyyətə məlumat veriləcək”, - rəis bildirib.

Nə düşünürsən?