Ərəblər Azərbaycana xüsusi reyslə gəliblər

  • 26.03.2021
  • 0

Azərbaycanda nadir quş növlərini ovlayan ərəblərin ölkəmizə martın 15-də xüsusi reyslə gəldikləri məlum olub.

Axar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Qeyd edək ki, ərəblərin Qax rayonunun Acınohur çölündə nadir quş növlərini ovlaması birmənalı qarşılanmayıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin apardığı araşdırma nəticəsində qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələniblər.

Nə düşünürsən?