Ərazilər minalardan təmizlənir

  • 03.02.2021
  • 0

Ərazilərin minalardan təmizlənməsi prosesi 3 istiqamətdə aparılır 3-29 yanvar 2021-ci il tarixlərində İzmir şəhərində İstehkam Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçirilmiş kurslarda iştirak edən FHN-nin 23 əməkdaşı ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi sahəsi üzrə bilik və bacarıqlarını təkmilləşdərək Azərbaycana qayıdıb. Bundan əlavə, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən ikitərəfli əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it də hədiyyə edilib. Bu da işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə prosesinin bir qədər də sürətləmnəsinə səbəb olacaq.Ümumiyyətlə mina təmizləmə prosesi 2 meyar üzrə aparılır.Hərbi və humanitar təyinatlı təmizləmə. Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və ANAMA tərəfindən həyata keçirilən təmizləmə prosesində Rusiya və Türkiyədən gəlmiş mütəxəssilərdə iştirak edir. Humanitar təyinatlı təmizləmə prosesini həyata keçirən ANAMA tərəfindən bu günədək işlər 3 istiqamətdə həyata keçirilir. Bunlar düşmən tərəfindən yaşayış məntəqələrinə atılmış partlamamış hərbi sursat və raketlərin zərərsizləşdirilməsi,işğaldan azad edilən ərazilərdə humanitar dəhlizlərin təmizlənməsi və əhalinin marifləndirilməsi işləri aiddir. Minatəmizləmə prosesində isə mütəxəssislərin işini çətinləşdirən bir sıra amillər mövcuddur ki, bunlardan ən başlıcası təbii şəraitdir. Bu baxımdan mütəxəssislər də vətəndaşları diqqətli olmağa çağırır, azad edilmiş ata-baba yurdunu görmək üçün səbr nümayiş etdirmələrini məsləhət görürlər.Çünki tələsən bu dəfə atalar sözündə deyildiyi kimi təndirə yox, düşmənin addımbaşı basdırdığı minaya düşə bilər.

Nə düşünürsən?