Əliyev, Putin və Paşinyan yeni sənəd imzalaya bilər...

  • 29.03.2021
  • 0

Ermənistanın Baş naziri Nikol Paşinyan 8-9 aprel tarixində Moskvaya səfər edəcək. Bu haqda yazan erməni mənbələr Moskvada kommunikasiyaların açılması ilə bağlı üçtərəfli formatda (İlham Əliyev, Putin və Paşinyan) yeni sənədin imzalanacağını iddia edirlər. Söhbət hansı sənəddən gedir? Regionda kommunikasiyanın açılması məsələsi iki bəyanatda əksini tapıb: - 10 noyabr razılaşmasının 9-cu bəndi; - 11 yanvarda Moskvada qəbul olunan 4 bənddən ibarət bəyanat; Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Üç ölkənin baş nazir müavinləri səviyyəsində keçirilən intensiv görüşlərin müzakirə mövzusu də bu tarixə qədər detalların razılaşdırılmasıdır. Mümkündür ki, 11 yanvar Moskva görüşündə kommunikasiyanın bərpası üzərində rəsmi sənədin imzalanması planlaşdırılıbmış, lakin tərəflərin mövqeləri buna imkan verməyib.

≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔

Reklam və Sponsorluq üçün : +994703993420

≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔

Bizi sosial şəbəkələrdə izləyin.

İnstagram : https://bit.ly/3940FuA

Tik Tok : https://bit.ly/2OOr8Wm

Facebook : https://bit.ly/3f76OtR

Twitter : https://bit.ly/3cTRUVh

Bax Tv : https://bit.ly/3968YpX

Nə düşünürsən?