Ekspert: Bakı antiterror əməliyyatı keçirəcək?

  • 03.02.2021
  • 0

Nə qədər ki, Qarabağda erməni silahlı qrupları fəaliyyət göstərir, bu regionda təhlükəsizlik haqqında danışmağın mənası yoxdur. Bu sözləri Axar.az-a açıqlamasında azərbaycanlı politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, hər şeydən öncə bu terrorçular Qarabağda öz “mövqelərini” gücləndirməyin zəruriliyi barədə açıqlamalar verirlər: “Aydındır ki, erməni cinayətkar birləşmələrin bu cür bəyanatları regiona konstruktivlik, sülh və əmin-amanlıq gətirməyəcək. Bu səbəbdən, bu hərbi qrupların ləğvi ilə bağlı bir razılığın əldə olunması lazımdır. Əgər ermənilərin öz aralarında daxili razılıq əldə olunmasa, onları 10 noyabr tarixində imzalanmış atəşkəs haqqında üçtərəfli bəyannaməyə əsaslanaraq güc yolu ilə məcbur etmək lazımdır. Ona görə də bu silahlı qruplaşmalar bölgədəki təhlükəsizliyə yeni təhdidlər yaradarsa, Qarabağda daha bir antiterror əməliyyatına ehtiyac duyulacağı istisna edilmir”.

Nə düşünürsən?