*Əks yola çıxan sürücülər tapıldı*

  • 12.01.2021
  • 61 baxış
  • 0

Bir neçə gün öncə Cəfər Xəndan küçəsində 1.3 xəttinin tələbini pozub tam olaraq əks yola çıxan sürücülərin videogörüntüsünü təqdim etmişdik. Dövlət Yol Polisi idarəsindən patrul.az saytına verilən rəsmi məlumata görə 99 JK 969 dövlət qeydiyyat nişanlı avtobusun və 11 BX 516 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücülərinin kimliyi müəyyən olunub və törətdiyi qayda pozuntularına uyğun olaraq hər iki sürücüyə İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsinə əsasən 100 manat və 4 bal cərimə yazılıb. Ümid edirik ki, həmin sürücülər və digərləri bundan ibrət götürər. Qaydalara, digər hərəkət iştirakçılarına hörmətlə yanaşar və təhlükə yaşatmazlar.